"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Zöhrab əmrahov: “Qarşılaşdığımız çətinlikləri icra hakimiyyətinin yardımı ilə həll edirik”

--2015-06-03 / 22:03

“Qanunvericiliyə edilən dəyişikliyə əsasən əmlak vergisinin hesablanması zaman hər kvadrat/metr sahəyə 10 qəpik nəzərdə tutulub”. Bu sözləri Belediyye.info saytına açıqlamasında şamaxı rayonu Mirikənd bələdiyyəsinin sədr müavini Zöhrab əmrahov deyib. Onun sözlərinə görə, evlərdə hesablamaların aparılması üçün Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşının iştirakı lazımdır: “Bununla əlaqədar olaraq, məktub göndərmişik. Hər hansı cavab aldıqdan sonra işə başlayacağıq. Bizim əsasən gəlirimiz də əmlak və torpaq vergisindən olur. Bunlardan başqa bələdiyyənin digər gəlir sahəsi yoxdur”.

Z.əmrahov deyib ki, bələdiyyənin keçirdiyi bütün iclaslarda üzvlər tam şəkildə iştirak edir: “Ayda bir dəfədən gec olmayaraq, iclaslarımız keçirilir. Tutaq ki, ayın 15-də iclas keçirəcəyik və bələdiyyə tərəfindən hazırlanmış jurnalda iclasın vaxtı və gündəliyi qeyd edilir. Bunun üçün də bələdiyyə üzvləri həmin gündəliklə və vaxtla əvvəlcədən, 5 gün qabaqcadan tanış olur və bilir ki, ayın 15-də iclasda iştirak etməlidir. Hətta növbədənkənar və təcili bir iclas olarsa, üzvlərimiz həftə içində onun gündəliyi ilə tanış olub iclasda iştirak etmələrini imzalaları ilə təsdiqləyirlər. Təbii ki, üzrlü səbəblərdən iştirak etməyən üzvlər əvvəlcədən bizə məlumat verir”.

Bələdiyyə rəsmisi  icra orqanlarının onların fəaliyyətinə köməklik və ya manelər yaratması ilə bağlı məsələyə münasibət bildirərkən deyib ki, icra hakimiyyəti hər zaman  bələdiyyələrin fəaliyyətinə   daim köməklik göstərir: “Yollara çınqıl daşınması, ekoloji məsələlərin həll edilməsi və digər məsələləri icra qurumları özü həyata keçirir. Bizim hər hansı çətinliyimiz olduğu halda biz onlara müraciət edirik və bizə köməklik göstərilir”.      

Bəxtiyar Məmmədli 

ŞƏRHLƏR